"Azərbaycan son illər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir"

Son illər Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq idman tədbirləri ölkəmizin tanıdılması istiqamətində böyük rol oynadı.  

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.

“Azərbaycan son illər uğurlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, bir daha regionun ən təhlükəsiz və sabit ölkə olduğunu göstərir. Beynəlxalq səviyyəli idman təbdirləri ölkəmizin nüfuzunun həm regionda, həm də beynəlxalq müstəvidə artmasına gətirib çıxarıb. Dövlətimizin beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməsi, idman ölkəsi kimi tanınmağımızda böyük rol oynadı. Prezident İlham Əliyevin uğurlu idman siyasi fəaliyyət ölkəmizi dünyanın diqqət mərkəzinə gətirib”,-deyə A.Aslanov bildirib.

A.Aslanov onu da qeyd edib ki,  Azərbaycan Kikboksinq Federasiyası prosesdən kənarda qalmır və ölkədə idman hərəkatına öz uğurlu töhfəsini verir:

“Federasiya tərəfindən keçirilən tədbirlərimizin izdihamlı keçməsi bunu təsdiqləyir.  Ölkə daxili və beynəlxalq tədbirlərimiz dövlətimizin yürütdüyü idman siyasətinə xidmət edir. Federasiya olaraq nəticələrimiz göz qarşısındadır. İdmançılarımız beynəxalq yarışlarda ölkəmizi qürurla təmsil edərək bayrağımızı ucaldırlar. Onlar qalib ölkənin idmançılarıdırlar. Bundan böyük stimul ola bilməz”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər