Xaçmazın “Ulduzlar”ı toplaşdı, Xalq yazıçısı Anar da məsafədən qoşuldu

Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi növbəti dəfə səhər yeməyində bir araya gəlib. Azərbaycan Yazıçılar Birliyi (AYB) Quba bölməsinin rəhbəri, bayraqdar şair Ramiz Qusarçaylı, həmçinin Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azərinin də qatıldığı Məclis yenə də özünün təmtərağı, ruh yüksəkliyi ilə diqqət çəkib.

Məclisin baş katibi, AYB və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Aqşin Dadaşoğlu açılış nitqində ötən müddət ərzində görülən işlər haqqında qısa məlumat verib. O, özəlliklə də “Ulduzlar”ın üzvlərinin media fəallığını qeyd edib.

Süfrə arxasında söhbətlərdə Ramiz Qusarçaylı, Nadir Azəri və digərləri “Ulduzlar”ın son dövrlərdə sürətlə irəli çıxmasını xüsusi vurğulayıblar. Bildirilib ki, Xaçmaz kimi ucqar bir rayonda ədəbiyyat sahəsində bu qədər fəallıq nəinki Bakıda, ümumiyyətlə Azərbaycanın hər yerində, hətta ölkədən kənarda da diqqət çəkməyə başlayıb.

Eyni zamanda Ramiz Qusarçaylı keçirilməsi nəzərdə tutulan ədəbi yarışmayla bağlı ilkin məlumatları paylaşıb. O, qeyd edib ki, bölgə yazarlarının fəallığını daha da artırmaq, həmçinin yeni yazarları motivə etmək üçün belə yarışmalar vacibdir.

Nadir Azəri isə bildirib ki, rəhbərlik etdiyi qurum “Ulduzlar”ın bəzi üzvlərini öz sıralarına qəbul edib. O, deyib ki, CASCFEN hər zamankı kimi fəaliyyətini daha geniş təşkil etməkdə qərarlıdır. Bu baxımdan Aqşin Dadaşoğlunun quruma üzv qəbul edilməklə bərabər Quba-Xaçmaz bölgəsi üzrə təmsilçi təyin edilməsi də qərara alınıb.

Nadir Azəri daha sonra Aqşin Dadaşoğlu başda olmaqla CASCFEN-in yeni üzvlərinə vəsiqələrini təqdim edib.

Məclisin gedişində Ramiz Qusarçaylı AYB sədri, Xalq yazıçısı Anarla telefon əlaqəsi yaradıb, o da məsafədən Məclisə qoşulub. Anar “Ulduzlar”, eləcə də Şimal bölgəsində ədəbiyyat sahəsində görülən işlərlə bağlı xoş sözlər deyib, Məclis iştirakçılarına xoş diləklərini çatdırıb.

Məclisdə tarda canlı ifalar dinlənilib, şairlər öz şeirlərini səsləndiriblər. Eyni zamanda rəssam, şair Firudin Həvəskarın yeni çapdan çıxmış iki kitabı da təqdim edilib. Qərara alınıb ki, kitabların ayrıca təqdimatı keçirilsin.

Məclisdə şairlər Məmməd Qədir, Sabir Nemət, Cümşüd Aydəmir, Mövlan Şahid, İbrahim Ağçaylı, Səxavət Ənvəroğlu, Firudin Həvəskar, Gözəl Azay, Rübabə Mustafa, Səməd Asifoğlu, Kənan Rahi öz şeirlərini səsləndirib, fikir mübadiləsi aparıblar.

Ustad şair Ramiz Qusarçaylı və Aqşin Dadaşoğlunun da şeirləri böyük şövqlə qarşılanıb.

Toplantıda çıxış edən Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova dövlətin ədəbiyyata və ədəbiyyat adamlarına diqqətini vurğulayaraq başçılıq etdiyi qurumun da hər zaman bu siyasətə sadiq olduğunu deyib.

Pedaqoq, qiraətçi Nəzakət Əliyevanın təqdim etdiyi şeirlər isə bir başqa həvəslə dinlənilib.

Müşfiq Sabiroğlu və İbrahim Ağçaylının tar ifaları da Məclisə əlavə rəng qatıb.

Tədbirdə iştirak edən Əməkdar jurnalist Azər Həsrət çıxışında “Ulduzlar”ın özəlliklə media sahəsində çox irəli çıxdığını vurğulayıb. O, bildirib ki, gənclərin, yetişməkdə olan nəslin tərbiyəsində belə məclislərin yeri olduqca önəmlidir. Bu baxımdan dövlət siyasətinin gerçəkləşməsində “Ulduzlar”ın əvəzsiz rolunu qeyd edən çıxışçı belə fəaliyyətləri daha da genişləndirməyin, artıq daha geniş auditoriyalara çıxmağın vacib olduğunu deyib.

Sonda qeyd edək ki, CASCFEN sədri Nadir Azəri aprelin 1-də 5 yaşı tamam olmuş BAYRAQDAR MEDİA-nın kiçik yubileyi ilə bağlı baş redaktor Azər Həsrətə rəhbərlik etdiyi qurumun diplomunu da təqdim edib.

Məclis ənənəvi xatirə şəkli çəkdirməklə yekunlaşıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər