Generalı gəmidə öldürüb dənizə atdılar - Foto

2025-ci ilin dekabrında Rusiyanın “kölgə donanması”na aid “Qendil” tankerinə edilən hücum zamanı Baş Kəşfiyyat İdarəsinin generalı Andrey Averiyanovun öldüyü iddia edilir.

Avrasiya.net Konkret.az-a istinadla xəbər verir ki, bu barədə Fransanın RFI radiostansiyası məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, əməliyyatın arxasında Liviyanın ərazisindən, rəsmi Tripoli ilə koordinasiya şəraitində hərəkət edən Ukrayna hərbçiləri dayana bilər.

Bildirilir ki, tankerdə ekipajdan əlavə, “dənizçi qiyafəsində” təxminən on yüksək vəzifəli rusiyalı kəşfiyyat əməkdaşı da olub. Hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Ölənlər arasında Averiyanovun da olduğu iddia edilir.

Rusiya tərəfi bu məlumatı hələlik rəsmi şəkildə şərh etməyib.

Qeyd edək ki, Andrey Averiyanov Daşkənd Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. “Azadlıq” radiosunun daha əvvəl yaydığı məlumata görə, o, 2013-cü ildə QRU-nun Avropada əməliyyatlarına cavabdeh olan məxfi 29155 saylı hərbi hissəyə rəhbərlik edib. 2024-cü ildə isə Çexiyada Vrbetitse partlayışları ilə bağlı iş üzrə axtarışa verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər