Tramp İran müharibəsilə bağlı xalqa mesajlar verdi

ABŞ Prezidenti Donald Tramp İrandakı müharibə ilə bağlı xalqa müraciət edib.

CNN-in məlumatına görə, Tramp ABŞ-ın növbəti iki-üç həftə ərzində İrana qarşı hərbi cavabını artırmağa hazır olduğunu bildirib.

"Növbəti iki-üç həftə ərzində onlara son dərəcə sərt zərbələr endirəcəyik. Onları Daş dövrünə qaytaracağıq. Müzakirələr davam edir. Rejim dəyişikliyi bizim məqsədimiz deyildi. Biz heç vaxt rejim dəyişikliyi barədə danışmadıq, amma rejim dəyişikliyi bütün liderlərinin ölümü səbəbindən baş verdi. Artıq 32 gündür ki, ən güclü ölkələrdən birinə qarşı bu böyük və parlaq hərbi əməliyyatda iştirak edirik. Bu ölkə faktiki olaraq məhv edilib və artıq təhlükə yaratmır", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, İranla razılaşma uğursuz olarsa, ABŞ onların hər bir elektrik stansiyasına çox sərt zərbələr endirəcək. Tramp əlavə edib ki, ABŞ "ən asan hədəf" olmasına baxmayaraq, İran neftini hədəfə almayıb, çünki bu, onlara yaşamasını çətinləşdirərdi.

O, İranla müharibənin sonuna yaxınlaşdığına əminlik verib və savaşın daha iki-üç həftə davam edəcəyini proqnozlaşdırıb. Tramp deyib ki, əsas strateji məqsədlərə çatmaq üzrədirlər və bundan məmnundur. O bildirib ki, həlak olan 13 amerikalı hərbçinin ailələri ona başlanılan işi bitirməyi tapşırıblar.

Prezident ABŞ müttəfiqlərinin Hörmüz boğazının yenidən açılmasına cavabdeh olacağını təkrarlayıb və onları bu vacib su yoluna nəzarəti bərpa etmək üçün əməliyyata cəsarət göstərməyə çağırıb.

"Çətin hissə artıq edilib, ona görə də qalan hissə asan olacaq və hər halda, bu münaqişə bitdikdə boğaz təbii olaraq açılacaq".

O deyib: "Bizə İranın nefti lazım deyil. Onların sahib olduqları heç nəyə ehtiyacımız yoxdur, amma müttəfiqlərimizə kömək etmək üçün oradayıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər