Təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Təyyarə qəzasında ölənlərin sayı 30-a çatdıRusiyanın ilhaq etdiyi Krımda An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, martın 31-də baş verən hadisə zamanı təyyarənin göyərtəsində 30 nəfər – 27 sərnişin və 3 ekipaj üzvü olub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi təyyarədə 29 nəfərin olduğunu bildirmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.

Məlumata görə, təyyarə qayaya çırpılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarəyə kənardan hər hansı zərbə təsiri olmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər