ANAMA-nın əməkdaşı Xocalıda qəzada öldü
Dərc olunub:
Dünən, 18:59
ANAMA-nın əməkdaşı Xocalıda qəza zamanı həyatını itirib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil aşıb və sürücü E.Rüstəmov hadisə yerində həyatını itirib.
O, əslən Füzuli rayon sakinidir və ANAMA-da sürücü vəzifəsində işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
