Hörmüzdən keçən gəmilər rüsum ödəməlidir - İran
Dərc olunub:
Dünən, 13:06
Gəmilər Hörmüz boğazından keçmək üçün rüsum ödəməlidirlər.
Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib.
“Söhbət gəmilərin boğazdan keçməsi üçün ödəniş nəzərdə tutan yeni qanundan gedir”, - Burucerdi bildirib.
Onun sözlərinə görə, İran parlamenti həmçinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı ciddi şəkildə nəzərdən keçirir.
