İntensiv yağışlar nə vaxt kəsiləcək? - Nazirlik açıqladı

Martın 29-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər