Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm bünövrə üzərində inkişaf edir.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında bildirib.

Açılışa videokonfrans vasitəsilə qatılan Rusiya prezidenti vurğulayıb ki, Dərbənddəki yenilənmiş Azərbaycan Dövlət Dram Teatrının açılışı Dağıstan Respublikasının və ümumilikdə Rusiyanən və onunla qonşu dövlətlərin mədəni həyatında əhəmiyyətli hadisə olacaq:

"Xatırladım ki, teatrın özünün tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Bu teatrda hər zaman incəsənətə sadiq şəxslər qulluq ediblər. Sevindirici haldır ki, indi, miqyaslı bərpa işlərindən sonra teatr öz əsl müasir görkəmini alıb. Əminəm ki, yenilənmiş teatrda bizim vətəndaşlarımız zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Açılış mərasimində iştirak edən Bakıdan gələn qonaqları da salamlayırıq".

Putin çıxışında Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafından da danışıb.

Bildirib ki, Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm fundament üzərində inkişaf edir.

Bakıdakı məşhur Rus Dram Teatrının uğurla fəaliyyət göstərdiyini xatırladan Rusiya prezidenti teatra dəstək verdiyinə görə Azərbaycan prezidentinə təşəkkür edib:

"Qeyd etmək istəyirəm ki, bu iki səhnə, Bakıdakı Rus Dram teatrı və Dərbəndəki Azərbaycan Dram teatrı bizim mədəniyyətlər arasındakı körpüdür".

Putin Dərbəndəki Azərbaycan teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər