Millimiz qələbə qazanıb

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununa çıxıb.

Avrasiya.net xəbər verir ki, komanda Sent Lüsiya yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Ayxan Abbasovun komandasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın heyətində qolları Emin Mahmudov, Rəhim Sadıxov, Musa Qurbanlı, Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə vurub.

Bu nəticə Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olub. Komandamız 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib. Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.

Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 30-da eyni arenada Syerra Leone seçməsinə qarşı keçirəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər