İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarır - Tramp
Dərc olunub:
Dünən, 15:59
İranlılar bizimlə razılıq əldə etmək üçün yalvarırlar.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“İran tərəfdən danışıq aparanlar çox fərqli və qəribədirlər. Onlar bizimlə razılığa gəlmək üçün yalvarırlar, hansı ki, orduları məhv edildiyi və heç vaxt özünə gəlmək şansı olmadığı üçün bunu etməlidirlər. Buna baxmayaraq, ictimaiyyətə deyirlər ki, biz təklifi nəzərdən keçiririk. Səhvdir!!! Yaxşı olar ki, onlar çox gec olmadan, tez bir zamanda ciddi olsunlar. Çünki nəsə baş versə, daha geriyə yol yoxdur və bu yaxşı olmayacaq”, - Tramp xəbərdarlıq edib.
