İran Hörmüzlə bağlı mövqeyini açıqladı
Dərc olunub:
Bu gün, 12:21
Hörmüz boğazı İranın düşmənlərindən başqa hamı üçün açıqdır.
Bunu İranın Beynəlxalq Dəniz Təşkilatındakı (BDT) daimi nümayəndəsi Əli Musəvi deyib.
"Hörmüz boğazından gəmilərin keçidi təhlükəsizlik və mühafizə tədbirlərinin koordinasiyası ilə mümkündür. Beynəlxalq öhdəliklər İranın ərazi bütövlüyü və hüquqlarına hörmətlə müşayiət olunmalıdır.
Hörmüz boğazında gəmilərin və heyətlərin təhlükəsizliyi İran rəsmiləri ilə koordinasiyalı həyata keçirilməlidir.
İran dəniz təhlükəsizliyinin artırılması, dənizçilərin qorunması üçün BDT və üzv ölkələrlə əməkdaşlığa hazırdır. Diplomatiya İranın prioriteti olaraq qalır, lakin hücumların tamamilə dayandırılması və qarşılıqlı etimad daha zəruridir", - Musəvi bildirib
