Azərbaycanın orta əsrlərə aid türk irsi silsiləsindən nümunələr .....

Vasif Əfəndi

Məhəmməd Yusif Şirvani orta əsrlərə aid olan müəllifi məlum olmayan türkcə yazılmış Tibbnamə kitabının üzünü köçürmüşdür və onun müəllifi hesab olunur.O Azərbaycanın məşhur alim, həkim və xəttatlarından biri.
Məhəmməd Yusif Şirvani Şamaxıda doğulub böyümüş, orada həkimlik təhsili almış, həm də dərmanşünaslıq elmini öyrənmişdir. O, Şirvan bəylərbəyi Hüseyn xanın eşikağası Lütfəli bəyin yanında həkim olmuşdu. 1690-cı illərdə Məhəmməd Yusif Şirvani müəllifi məlum olmayan "Tibbnamə" əsərinin üzünü köçürmüşdür, ona müqəddimə, şərh və izahatlar yazmışdı.

Onun bu xidməti sayəsində bu kitab günümüzə gəlib çatmışdır. "Tibbnamə" əsgi türk dilində yaradılmış orta əsr tibb əsərləri arasında vacib yer tutur. Bu kitab o zaman məlum olmuş əksər xəstəliklərin müalicəsindən bəhs edir.

"Tibbnamə" əsəri Azərbaycanda 1990-si ildə kiril əlifbası ilə geniş oxucu kütləsi üçün nəşr edilmiş ilk orta əsr tibb əsəri oldu. Sonralar bu kitab rus dilinə də tərcümə olundu və Sankt-Peterburqda nəşri edildi. "Tibbnamə" Rusiyada dərc edilmiş Azərbaycanın tibb üzrə ilk orta əsr qaynağıdır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər