DSX rəhbərliyi şəhid ailələrini ziyarət edib

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı və müqəddəs Ramazan bayramı ərəfəsində Vətən müharibəsi, eləcə də 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olmuş Vətən övladlarının ailələrini ziyarət edib.

Görüşlərdə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda canından keçmiş şəhid sərhədçilərin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşadığı qeyd olunmuş, onların döyüş yolu haqqında geniş məlumat verilib.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmiş, dövlətimizin şəhid ailələrinə olan həssas münasibətini yüksək qiymətləndirib.

Bildirilmişdir ki, şəhidlərimizin xatirəsinin anılması, onların ailələrinə mənəvi dəstəyin göstərilməsi hər bir vətəndaşın borcudur və Azərbaycan sərhədçiləri bundan sonra da Vətən uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsinə daim ehtiram göstərəcəkdir.

Görüşlərin sonunda ailələrə bayram sovqatları təqdim edilmiş, onlarla xatirə fotoşəkilləri çəkilib.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər