DGKA-da Novruz şənliyi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Q.Novruzov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbə və şəhidlərimizin qəhrəmanlığı bu bayrama xüsusi məna və dəyər qazandırıb.
Tədbirdə, həmçinin tələbələrin hazırladıqları bayram xonçaları, Novruz adət-ənənələrini əks etdirən rəsm əsərləri nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.![]()
![]()
![]()
![]()
![]()
![]()
