"Ölkədə demoqrafik göstəricilər ciddi dəyişikliklərə məruz qalıb"

Son on ildə Azərbaycanda demoqrafik göstəricilər ciddi dəyişikliklərə məruz qalıb. Əgər əvvəllər ildə təxminən 160 min uşaq doğulurdusa, bu rəqəm hazırda 100 minə qədər enib və nəticədə 60 minlik azalma yaranıb. Bu, təkcə statistika deyil, həm də cəmiyyətin sosial-iqtisadi vəziyyətinin mühüm göstəricisidir.

Bunu Avrasiya.net-ə politoloq Vasif Əfəndi deyib.

O, qeyd edib ki, insanların ailə qurmaq və uşaq dünyaya gətirmək qərarı birbaşa onların iqtisadi durumu ilə bağlıdır.
2015-ci ildə baş verən iki böyük devalvasiya isə ölkənin sosial həyatına ciddi təsir göstərdi. 21 fevral 2015-ci ildə manatın dollar qarşısında təxminən 33,5% dəyər itirməsi ilə “şok devalvasiya” baş verdi və valyuta bazarında böyük sarsıntı yarandı.

Həmin ilin 21 dekabrında isə ikinci devalvasiya baş verdi və dolların məzənnəsi daha da artdı. Nəticədə dollar ümumilikdə təxminən 117% bahalaşaraq 1 manat 70 qəpik səviyyəsində sabitləşdi. Bu proses insanların gəlirlərinin real dəyərini azaltdı və alıcılıq qabiliyyətinə sarsıdıcı zərbə vurdu:

"Maaşların artmaması, bəzi hallarda daha da azalması, qiymətlərin isə durmadan yüksəlməsi ailələrin durumunu ağırlaşırdı. İş yerlərində davamlı olaraq optimallaşma adı ilə tətbiq edilən kütləvi ixtisarlar və gənc nəslin xaricdə təhsil adı ilə ölkədən getməsi çoxaldı. Mənzil, kirayə, təhsil və tibbi xərclərin artması gəncləri daha ehtiyatlı qərarlar verməyə məcbur edir. Bu səbəbdən bir çox gənc ailə qurmağı gecikdirir və ya uşaq sayını minimum səviyyədə saxlayır. Sosial sabitlik və iqtisadi güvən olmadıqda demoqrafik artımın azalması qaçılmaz olur".

Onun sözlərinə görə, cəmiyyətdə yaranan bu faktlar artıq statistik rəqəmlərdə açıq görünür. Uşaq doğumunun azalması gələcəkdə əhalinin yaşlanmasına gətirib çıxara bilər. Deməli, demoqrafik vəziyyət təkcə sosial məsələ deyil, həm də strateji dövlət məsələsidir. İqtisadi sabitlik, sosial təminat və gənc ailələrə real dəstək olmadan bu vəziyyəti dəyişmək mümkün deyil. Çünki həyat səviyyəsi aşağı düşəndə insanlar gələcək planlarını qurarkən xüsusilə də uşaq sahibi olmaq qərarında tərədüd edirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər