İrandan sonra hədəf Rusiyadlr - Züqanov

Rusiyada Kommunist Partiyasının lideri Gennadi Züqanov Yaxın Şərqdəki müharibənin gələcəkdə Rusiyaya da təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.

O, Dövlət Dumasının iclasında çıxışı zamanı bildirib ki, ABŞ-ın strategiyasında əsas rəqiblər sırasında əvvəlcə Donald Trump tərəfindən Çin, sonra Rusiya, üçüncü sırada isə İran göstərilir. Züqanovun sözlərinə görə, hazırda “yaşamaq uğrunda döyüşən” ölkə İrandır və gələcəkdə növbənin Rusiyaya çata biləcəyini iddia edib.

Kommunist lider ABŞ siyasətini “aqressiya və prinsipsizlik” kimi qiymətləndirərək bildirib ki, Vaşinqtonun İrana qarşı planlaşdırdığı “blitskriq” uğursuz olub və Tehranın tez təslim olacağı ilə bağlı hesablamalar doğrulmayıb.

Zyüqanov həmçinin müharibənin region üçün ağır nəticələrə səbəb olduğunu deyib. Onun sözlərinə görə, döyüşlər nəticəsində infrastruktura və duzsuzlaşdırma qurğularına zərər dəyib, bu isə su və ərzaq problemləri yaradıb.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları 28 fevralda başlayıb. Vaşinqton bu əməliyyatın məqsədinin İranın nüvə proqramını məhv etmək olduğunu açıqlayıb. İran isə cavab olaraq İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər