Azərbaycana hücum etməmişik – Bəqai
Dərc olunub:
Bu gün, 14:14
Azərbaycan, Türkiyə və Kiprlə bağlı məsələyə gəldikdə, Silahlı Qüvvələrin Baş Qərargahı açıq və rəsmi şəkildə bildirib ki, belə buraxılışlar İran ərazisindən və ya bizim hərbi qüvvələrimiz tərəfindən həyata keçirilməyib.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Biz hər zaman saxta bayraq (false flag) əməliyyatları barədə xəbərdarlıq etmişik”, - Bəqai bildirib.
Qeyd edək ki, martın 5-də İrandan 4 ədəd PUA vasitəsilə Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.
