"Dron hücumundan sonra dərhal Tehranla əlaqə saxladım" - Səfir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) martın 5-də günorta saatlarında İranın Azərbaycandakı səfirinə İslam Respublikasının Naxçıvana dron hücumu barədə məlumat verib.

Avrasiya.net xəbər verir ki, bunu "Baku TV"yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

"Mən dərhal Tehranla əlaqə saxlayıb, ilkin məlumatı aldım və XİN-ə müraciət etdim" , - o bildirib.

Müctəba Dəmirçilunun sözlərinə görə, dron hücumu İran tərəfdən rəsmən qəbul edilməyib:

"Burada çox şübhəli məqamlar var. Bilirsiniz ki, dünən axşam bizim XİN rəhbərləri (Ceyhun Bayramov və Abbas Əraqçi – red.) bu mövzuda telefon danışığı aparıblar və şübhəli məqamlara aydınlıq gətirilməsi razılaşdırılıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər