Dərc olunub:
Bu gün, 12:02
Bölmə: Video
Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb.
Hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.
1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (Qafqazinfo)