“Azərbaycan qadını öz vətənpərvərliyi, iradəsi və mübarizə ruhu ilə seçilir”

Azər Allahverənov
Milli Məclisin üzvü


Azərbaycan qadınları ailənin təməl sütunu olmaqla yanaşı, eyni zamanda dövlətin, cəmiyyətin və milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynayırlar. Onlar həm ana kimi övlad yetişdirir, həm də elm, təhsil, mədəniyyət, səhiyyə, siyasət və digər sahələrdə ölkəmizin inkişafına öz töhfələrini verirlər. Tariximizin müxtəlif mərhələlərində Azərbaycan qadını öz vətənpərvərliyi, iradəsi və mübarizə ruhu ilə seçilmiş, dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynamışdır.

Müasir Azərbaycan cəmiyyətində qadınların rolunun artması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Qadınların hüquqlarının qorunması, onların cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin vacib tərkib hissəsidir. Bu istiqamətdə görülən işlər Azərbaycan qadınının cəmiyyətdə layiqli yer tutmasına və öz potensialını tam şəkildə reallaşdırmasına geniş imkanlar yaradır.

Bu sahədə həyata keçirilən təşəbbüslər və layihələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xanımın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar və sosial layihələr, mədəni irsin qorunması, təhsil və səhiyyə sahəsində görülən işlər Azərbaycan qadınının cəmiyyət həyatındakı rolunu daha da gücləndirir. Mehriban xanımın fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycan qadınının humanizm, mərhəmət və yüksək mədəniyyət nümunəsi kimi tanınmasına mühüm töhfə verir.

Azərbaycan qadını tarixən güc və zərifliyin harmoniyasını özündə birləşdirən nadir obrazdır. O, ailədə sevgi və mərhəmət rəmzi, cəmiyyətdə isə fədakar əmək və yüksək məsuliyyət nümunəsidir. Qarabağın azadlığı uğrunda mübarizə illərində də Azərbaycan qadınları böyük dözümlülük və vətən sevgisi nümayiş etdirərək xalqımızın qürur mənbəyinə çevrilmişdir.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan qadınlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və həyatlarının bütün sahələrində yeni-yeni uğurlar arzulayırıq. Qoy Azərbaycan qadınının zərifliyi, müdrikliyi və gücü daim cəmiyyətimizin inkişafına işıq saçsın və gələcək nəsillərə ilham versin.

Bayramınız mübarək, əziz və dəyərli Azərbaycan xanımları!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər