İran atəşkəs şərtini açıqladı
Dərc olunub:
Dünən, 20:44
İran ABŞ-yə atəşkəs şərtini açıqlayıb.
"Unikal" xəbər verir ki, rəsmi Tehran Vaşinqtondan izahat tələb edir.
"Onlar atəşkəsi nəzərdən keçirməzdən əvvəl bu təcavüzə niyə başladıqlarını izah etməlidirlər", - deyə İranın xarici işlər naziri Abbas Əraqçi NBC-yə verdiyi müsahibədə bildirib.
Daha əvvəl ABŞ prezidenti Vaşinqton və Tehran arasında razılaşmanın yalnız İranın tam təslim olmasından sonra mümkün olduğunu bildirmişdi.
