Trampın sərvəti 1,4 milyard dollar artıb
Donald Tramp ikinci prezidentlik müddətinin ilk ilində sərvətini 1,4 milyard dollar artıraraq 6,5 milyard dollara çatdırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas qazanc kriptovalyuta əməliyyatları hesabına təmin olunub.
“World Liberty Financial”ın tokenlərinin satışı, təxminən, 550 milyon dollar, şirkətin səhmlərinin bir hissəsinin BƏƏ-dən olan investora satılması isə əlavə 200 milyon dollar gətirib.
Hazırda Trampın sahibliyində ümumi dəyəri, təxminən, 570 milyon dollar olan milyonlarla token və memkoin var, şirkətdəki payı isə 240 milyon dollar qiymətləndirilir.
Bundan başqa Florida ştatındakı Mar-a-Laqo malikanəsi hazırda 560 milyon dollar dəyərində qiymətləndirilir.
10 qolf meydançasının dəyəri isə 550 milyon dollar təşkil edir ki, bu da ötən ilin qiymətləndirməsindən xeyli yüksəkdir.
