Xameneinin ölümünə sevinən iki gənc güllələndi - Foto
Dərc olunub:
Bu gün, 14:19
28 fevralda ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olan İran rəhbəri Əli Xameneinin ölümünə sevinən iki gənc güllələnərək öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
“Fevralın 28-i axşam saatlarında Kərəc şəhərinin Fərdis bölgəsində 15 yaşlı Əhmədrza Feyzi və 19 yaşlı Əmir Hüseyn Feyzi Əli Xameneinin ölümü barədə məlumatların yayılmasından sonra atalarının avtomobilində siqnal verdiklərinə görə polis qüvvələri tərəfindən güllələnərək qətlə yetiriliblər”, - məlumatda bildirilib.
