ABŞ İran agentləri üçün göndərilən mesajları ələ keçirdi

ABŞ-ın xüsusi xidmət orqanları İrandan göndərilən və xaricdəki "yatmış agentlər" üçün nəzərdə tutulduğu ehtimal edilən şifrəli mesajları ələ keçirib.

Bu barədə "ABC Nyus" telekanalı məlumat yayıb.

"Ötürülən bu məlumatlar ölkə hüdudlarından kənarda fəaliyyət göstərən və əvvəlcədən yerləşdirilmiş "yatmış agentləri" aktivləşdirmək və ya onlara təlimatlar vermək üçün nəzərdə tutulmuş ola bilər", - deyə məlumatda vurğulanır.

Qeyd edilir ki, şifrəli mesajların İranın sabiq ali lideri Əli Xameneinin öldürülməsindən sonra radio vasitəsilə göndərildiyi ehtimal edilir və bəzi Qərb ölkələrindəki İran agentləri üçün təlimatları ehtiva edə bilər. Bununla belə, hazırkı məqamda bu mesajların məzmununu tam müəyyən etmək mümkün olmayıb.

Bununla yanaşı, əgər sözügedən məlumatlar öz təsdiqini taparsa, siqnalları alan şəxslərin İrana qarşı hücumlara cavab olaraq hərəkətə keçməsi ehtimal olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər