Bakının “qırmızı xətti”: Tehran zəng etməyə məcbur qaldı

“İstər Azərbaycan dövlətinin, istərsə də onun hər bir vətəndaşının təhlükəsizliyi Prezident İlham Əliyev üçün dəyişməz və keçilməz qırmızı xətdir. Dövlət başçısı hakimiyyəti dövründə dəfələrlə sübut edib ki, bu xətti heç kimin keçməsinə imkan verməyəcək. Onun illərdir yürütdüyü prinsipial və qətiyyətli siyasət bunun ən bariz sübutudur. Artıq hamıya bəllidir ki, Prezident İlham Əliyev təhlükəsizlik məsələsində kompromis tanımayan liderdir”.

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Deputat bildirib ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumları zamanı da dövlət başçısının necə qətiyyətli və cəsarətli mövqe sərgilədiyinin bir daha şahidi olduq: “Hadisə baş verən kimi Prezident İlham Əliyev dərhal sərt və açıq reaksiya verdi. O, Tehranın məsuliyyət daşıdığını bildirdi və İran tərəfinin üzr istəyərək hadisəyə aydınlıq gətirməsini tələb etdi. Dövlət başçısı eyni zamanda açıq mesaj verdi ki, əks halda bunun ağır nəticələri ola bilər.

Bu, təkcə Tehrana deyil, bütün dünyaya ünvanlanan ciddi mesaj idi. Prezident İlham Əliyev bir daha göstərdi ki, “Dəmir yumruq” yerindədir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhlükə yaradan istənilən qüvvəyə qarşı adekvat cavab verməyə hazırdır.

Əvvəlki illərdə olduğu kimi, Tehran ilk anda məsuliyyətdən yayınmağa çalışdı və hadisə ilə əlaqəsi olmadığını bildirdi. Lakin Bakının və Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında geri addım atmaq məcburiyyətində qaldı.

Bu hadisə zamanı beynəlxalq ictimaiyyət də Azərbaycanın yanında oldu. Bir çox dünya liderləri Prezident İlham Əliyevə zəng edərək baş verən hadisəni qınadı və Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Bu telefon diplomatiyası Azərbaycanın haqlı mövqeyinin qısa müddətdə beynəlxalq səviyyədə dəstəkləndiyini və ölkəmizin artan nüfuzunu bir daha nümayiş etdirdi.

Çünki Azərbaycan heç vaxt işğalçı və təhdid siyasəti yürüdən dövlət olmayıb. Hətta torpaqları işğal altında olan Ermənistanla müharibəni belə beynəlxalq hüquq çərçivəsində aparıb. Müharibədən sonra da regionda sülh təşəbbüsü ilə çıxış edən ilk tərəf məhz Azərbaycan olub.

Bu fakt bir daha göstərdi ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona hədə-qorxu gəlmək tamamilə mənasızdır.

Nəticədə İran prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmək məcburiyyətində qaldı. Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını desə də, hadisənin araşdırılacağını vurğuladı.

Prezident İlham Əliyev isə bir daha məsələnin obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini xüsusi qeyd etdi. Bu da bir daha göstərdi ki, İran tərəfi məsuliyyətdən yayınmağa çalışsa da, Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoyaraq hadisənin tam və şəffaf şəkildə araşdırılmasını tələb edir”.

Deputat əlavə edib ki, əgər İran Azərbaycanla normal və mehriban qonşuluq münasibətləri qurmaq istəyirsə, bunun yolu beynəlxalq hüquqa hörmət etməkdən keçir: “Münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanmalıdır.

Azərbaycan buna hazırdır və öz siyasətini də məhz bu istiqamətdə qurub. Lakin təhdid dili heç vaxt keçərli olmayacaq. Artıq bunu hamı anlamalıdır.

Tehran isə görünür bu həqiqəti çox qısa zamanda dərk etdi. Çünki İranın hazırkı mürəkkəb geosiyasi vəziyyətində Azərbaycanla əlavə gərginlik yaşaması onun üçün heç də yaxşı nəticələr vəd etmir.

Bir sözlə, bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Azərbaycanın təhlükəsizliyinin ən böyük təminatıdır. Dövlət başçısı sülh siyasətinə sadiqdir, lakin ölkənin təhlükəsizliyi onun üçün dəyişməz qırmızı xətdir. Bu xətti keçməyə çalışan hər kəs isə qarşısında qətiyyətli və güclü Azərbaycan görəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər