Qaraçöpdən olan Elvin Kazımovun növbəti uğuru
Dərc olunub:
Bu gün, 18:15
Taylandın Phuket şəhərində keçirilən Muay Tay üzrə beynəlxalq yarışda Qaraçöp mahalından olan Elvin Kazımov növbəti uğurunu qazanıb.
Yarışda bir çox ölkədən 50-dən çox idmançı mübarizə aparıb. 57 kq çəki dərəcəsində çıxış edən Elvin Kazımov taylandlı rəqibini texniki nokautla məğlub edərək qalib olub.
Qeyd edək ki, Elvin Kazımov bu günədək bir sıra beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edib. O, ötən ilin yanvar ayında Çinin paytaxtı Pekində keçirilən K-1 kikboksinq üzrə beynəlxalq turnirdə də birinci yerə layiq görülüb.![]()
![]()
![]()
