Hörmüz boğazında Türkiyənin 15 gəmisi qalıb
Dərc olunub:
Bu gün, 14:13
Hörmüz boğazında Türkiyəyə məxsus 15 gəmi qalıb.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
O qeyd edib ki, hazırda hər hansı bir problem yoxdur:
"Bütün gəmilərin heyəti ilə əlaqədəyik. Hər hansı bir problem yoxdur. Hörmüz boğazında vəziyyət yaxşılaşarsa, onları da ərazidən çıxaracağıq".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
