Müşavirələri Trampa təzyiq göstərir: müharibəni dayandır!

ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibəni mümkün qədər tez başa çatdırmaq niyyətində olduğunu açıqlayıb. Lakin Ağ Evdə bəzi yüksək vəzifəli rəsmilər müharibənin uzanmasının siyasi və iqtisadi risklər yaradacağını bildirərək, ABŞ qüvvələrinin münaqişədən çıxışı üçün konkret plan hazırlanmasını zəruri hesab edirlər.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Floridada jurnalistlərə açıqlamasında hərbi əməliyyatların artıq ciddi nəticələr verdiyini bildirib. O qeyd edib ki, əməliyyatlar qrafikdən xeyli irəlidə gedir və müharibə çox tezliklə başa çata bilər. Bununla belə, ABŞ prezidenti münaqişənin nə vaxt bitəcəyinə dair konkret tarix açıqlamayıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyasında bəzi rəsmilər hesab edir ki, əgər Tehran regiondakı qonşu ölkələrə hücumları davam etdirərsə və döyüşlər səngiməzsə, Vaşinqtonun sadəcə olaraq müharibədən geri çəkilməsi çətin olacaq. Bu səbəbdən onlar Trampı hərbi məqsədlərə demək olar ki, nail olunduğunu açıq şəkildə elan etməyə və ABŞ qüvvələrinin iştirakını dayandırmaq üçün siyasi baxımdan təhlükəsiz çıxış strategiyası hazırlamağa çağırırlar.

Nəşrlə danışan yüksək vəzifəli rəsmilərdən biri bildirib ki, Tramp ABŞ-ın hərbi üstünlüyü şəraitində qəti qələbə elan etmədən döyüşlərin dayandırılmasına razılaşmaya bilər.

ABŞ prezidenti özü də vəziyyətin əvvəl gözlənildiyindən daha mürəkkəb inkişaf etdiyini etiraf edib. O, Müctəba Xameneinin İranın yeni Ali Lideri təyin olunmasından narazılığını ifadə edib və bunun Tehranın geri çəkilmək niyyətində olmadığını göstərdiyini vurğulayıb.

Tramp müsahibəsində bildirib ki, onun məqsədi uzun illər sülhə aparan bir sistem yaratmaqdır. Lakin belə bir razılaşma mümkün olmazsa, ABŞ prezidenti müharibəyə mümkün qədər tez son qoyulmasının vacib olduğunu qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər