Pezeşkian Şəriflə danışdı: Hücum olmayacaq!
Dərc olunub:
Bu gün, 13:05
İran Prezidenti Məsud Pezeşkianla Pakistan Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Bu barədə Məsud Pezeşkian Teleqramda paylaşım edib.
Telefon danışığı zamanı Pezeşkian İranın qonşu dövlətlərə qarşı hər hansı hücum etməyəcəyini deyib:
“Hücumlar yalnız İran ərazisinə endirilən zərbələrin qaynağı olan bazalara qarşı həyata keçiriləcək və bu da qanuni müdafiə çərçivəsindədir”.
Şahbaz Şərif Pezeşkianı və İran xalqını Müctəba Xameneinin ali dini lider seçilməsi münasibətilə təbrik edib.
