Xamenei yaxın saatlarda xalqa müraciət edəcək
Dərc olunub:
Bu gün, 17:15
İran İslam Respublikasının yeni Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei xalqa müraciət etməyə hazırlaşır.
Avrasiya.net xəbər verir ki, “Tasnim”in məlumatına görə, Ali Liderin ilk mesajı yaxın saatlarda dərc olunacaq.
Məlumata görə, müraciət 7 vacib bölmədən ibarət olacaq.
Ali Liderin mesajında İranın mərhum rəhbəri Əli Xamenei, xalqın, silahlı qüvvələrin, icra orqanlarının və müqavimət cəbhəsinin rolu və vəzifələri, eləcə də region ölkələri və düşmənlərlə mübarizə ilə bağlı xüsusi məqamlar yer alacaq.
