Gəncədə güllələnən şəxs direktor müavini imiş – FOTO
Dərc olunub:
Bu gün, 11:43
Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.
İxtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.
E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N. saxlanılıb.
Bildirilib ki, K.N. mərhumun 4 övladından ikincisidir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır./Qafqazinfo.az/
