İrana ilk humanitar yardımı Azərbaycan göndərdi
Dərc olunub:
Bu gün, 17:13
İrana ilk humanitar yardım göndərən ölkə Azərbaycandır.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bu zözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə deyib.
“Bu ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik”, - diplomat bildirib.
O, humanitar yardıma görə Rusiyaya, eyni zamanda, humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, Rusiyanın İrana humanitar yardımı Azərbaycan vasitəsilə göndərilir.
