Bakıda möhtəşəm iftar süfrəsi təşkil edilib

Ramazan ayı münasibətilə Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congressi, Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı və Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə, İydə Parfumeriya mağazalar şəbəkəsinin tərəfdaşlığı ilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai təşkilat rəhbərləri, diaspor fəalları, şəhid ailələri, qazilər və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti haqqında təqdimat videosu nümayiş etdirilib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış edərək xaricdə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsinin, diaspora fəaliyyətinin gücləndirilməsinin və şəhid ailələri ilə qazilərə göstərilən diqqətin vacibliyini vurğulayıb.

İftar vaxtından sonra çıxışlar davam edib, vətən uğrunda sağlamlığını itirmiş qazilərə və şəhid ailələrinə göstərilən dəstəyin əhəmiyyəti qeyd olunub.

Tədbir zamanı Azərbaycan həqiqətlərinin Avropada təbliğində göstərilən əməkdaşlığa görə bir sıra dövlət və ictimai xadimlər Benilüks Azərbaycanlıları Konqresinin medalı ilə təltif ediliblər.

Tədbirin bədii hissəsində muğam ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda iştirakçılar xatirə şəkli çəkdirib və görüş səmimi mühitdə davam edib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər