"İran razılaşma əldə etmək istəyir"

"İran razılaşma əldə etmək istəyir"ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran və Vaşinqton arasında dialoq davam edir və İran tərəfi razılaşma əldə etməyə çalışır.

APA xəbər verir ki, Tramp bu barədə Uest-Palm-Biçdən (Florida ştatı) Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Biz danışıqlar aparırıq. Onların razılaşma üçün hazır olduğunu düşünmürəm, amma buna çox yaxındırlar. Onlar çox istəyirlər ki, razılaşma əldə olunsun”, – deyə ABŞ prezidenti bildirib.

Tramp eyni zamanda qeyd edib ki, İran hakimiyyəti hələlik Vaşinqtonun tələblərini yerinə yetirməyə hazır görünmür.

“Onlar danışıqlar aparmaq istəyirlər, amma məncə hələ hazır deyillər. Düşünmürəm ki, onlar etməli olduqlarını etməyə hazırdırlar. Amma hesab edirəm ki, müəyyən vaxtdan sonra buna hazır olacaqlar”, – deyə o əlavə edib.

ABŞ prezidenti həmçinin bildirib ki, İrana qarşı hərbi əməliyyatın başa çatdığını hələ elan etməyə hazır deyil.

“Hələ bunun başa çatdığını elan etmirəm”, – deyə Tramp bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər