İranlı səfir: Türkiyəyə atılan raketlər üçüncü tərəfin işidir

İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollazadə ölkəsinin Türkiyəyə üçüncü dəfə raket atdığını təkzib edib.

Modern.az xəbər verir ki, səfir Türkiyə səmasında raketlərin vurulması ilə birgə işçi qrupu tərəfindən araşdırma aparılmasını gözlədiyini bildirib.

"Biz Türkiyənin milli suverenliyinə hörmətlə yanaşırıq. Bu baxımdan, silahlı qüvvələrimiz, Baş Qərargahımız və Xarici İşlər Nazirliyi əvvəllər hər hansı bir raket və ya sursat hücumunu təkzib edən bəyanat yaymışdı. Vəziyyəti tənzimləmək, hadisəni daha diqqətlə araşdırmaq üçün bir qrup yaratmağı təklif etdik, çünki özümüz bunun necə baş verə biləcəyinə dair qeyri-müəyyənlik içindəyik. Bizim fikrimizcə, bu hərəkətlər ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş üçüncü tərəflər tərəfindən törədilə bilər", - deyə səfir Ankarada jurnalistlərə bildirib.

Bölgədəki hərbi vəziyyətlə bağlı şərh verən Həbibollazadə İranın heç kimə hücum etmədiyini deyib. "Onlar bizə hücum ediblər. Biz danışıqlar apararkən onlar bizə hücum ediblər. ABŞ diplomatiyaya xəyanət edib. Hücumlar nüvə danışıqlarının texniki mərhələyə çatdığı andan başlayıb", - deyə o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər