Bir qrup hərbi qulluqçu təltif olunub
Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun son dövrlərdə göstərdikləri yüksək peşəkarlığa və nümunəvi xidmətə görə təltif olunması ilə əlaqədar Dövlət Sərhəd Xidməti aparatında tədbir keçirilmişdir.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərini yaşadan, qədim tarixə malik Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılmış, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, sərhədçilərin peşəkarlığı, operativliyi və xidmətdə göstərdikləri şücaət dövlətin sabitliyinin təmin olunmasında mühüm rol oynayır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə etmişdir.
Təltif edilən heyət göstərilən etimada, diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, bundan sonra da xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edəcəklərinə, Vətən qarşısında öz borclarlarını layiqincə yerinə yetirəcəklərinə söz vermişlər.
Tədbirin sonunda hərbi qulluqçular “Siyasi Repressiya Qurbanları Muzeyi” və Zəfər Muzeyini ziyarət etmişlər..![]()
![]()
![]()
![]()
![]()
