Səudiyyə Ərəbistanının 20 tonluq xurma payı Sosial Xidmətlər Agentliyinə təhvil verilib

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.

Avrasiya.net xəbər verir ki, görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Göndərilən sovqat Bakı şəhərində həssas əhali qruplarından olan 7 min şəxsə paylanıb.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verib.

Səfir qeyd edib ki, xurma payının bir hissəsi isə Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub.

Onun sözlərinə görə, əsas məqsəd xurma payını xüsusilə ehtiyacı olan insanlara çatdırmaqdır: “Bu təşəbbüs Səudiyyə Ərəbistanı tərəfindən digər müsəlman ölkələrində də həyata keçirilir və Krallığın qardaş ölkələrə ünvanladığı həmrəylik mesajı kimi qiymətləndirilir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər