DGKA-nın kollektivi şəhid ailələrini ziyarət edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) kollektivi Ramazan və Novruz bayramları münasibətilə şəhid ailələrini və Akademiyanın dünyasını dəyişmiş əməkdaşının ailəsini ziyarət ediblər. Akademiyanın rəhbərliyi və əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidləri- Rəşad Quliyev, Elçin Mansurov, Tural Əsgərli, Əliağa Məmmədov, Ülvi Hüseynov, Həsənağa Abdullazadə, I Qarabağ müharibəsi şəhidi Veysəl Qasımov və Akademiyanın vəfat edən əməkdaşı İsrafil İsmayılovun ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər.

Şəhid ailələri ilə görüşlərdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərin xatirəsinin daim uca tutulacağını, şəhid ailələrə göstərilən qayğının davam edəcəyini və Zəfərimizin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.

Cənnətdəki bayramınız mübarək, qəhrəman şəhidlərimiz!


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər