Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda yeni ictimai-siyasi xəbər saytı fəaliyyətə başlayıb.

Avrasiya.net xəbər verir ki, "Tiraj.az” adlı onlayn platforma oxuculara ölkədə və dünyada baş verən hadisələr barədə operativ və obyektiv məlumat təqdim etməyi hədəfləyir. Sayt ictimai-siyasi xəbərlərlə yanaşı, analitik yazılar, müsahibələr və araşdırmalarla da seçilməyi planlaşdırır.

Layihənin təsisçisi və baş redaktoru jurnalist Qafqaz Rafiqoğludur.

"Hazırda feyk məlumatların geniş yayıldığı bir dövrdə "Tiraj.az”ın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Sayt bu cür informasiya mühitində etibarlı və yoxlanılmış xəbərlərin təqdim olunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu yanaşma həm də saxta xəbərlərə qarşı mübarizənin bir hissəsi kimi qiymətləndirilir”, - Qafqaz Rafiqoğlu yeni layihə barədə danışarkən deyib.

Jurnalist əlavə edib ki, "Tiraj.az” müasir media standartlarına uyğun fəaliyyət göstərəcək, oxucuların maraqlarını və informasiya ehtiyaclarını ön planda saxlayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər