Britaniyanın sualtı nüvə qayığı Ərəb dənizində yerləşdirilib
Dərc olunub:
Bu gün, 08:53
Böyük Britaniyaya məxsus "HMS Anson" nüvə sualtı qayığı Ərəb dənizinin şimal hissəsində yerləşdirilib.
Bu barədə "The Mail on Sunday" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sualtı qayıq martın 6-da Avstraliyanın Pert şəhərindən yola düşüb. O, fevral ayında ABŞ və Avstraliyanın iştirakı ilə yaradılmış AUKUS tərəfdaşlığı çərçivəsində həmin limana gəlmişdi.
Qeyd olonur ki, ki, zərurət yaranacağı halda, sualtı qayıq ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlarında istifadə oluna bilər.
