Bu gün ABŞ-la danışıqlar keçiriləcək - Zelenski
Dərc olunub:
Bu gün, 08:52
Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Mayami şəhərində keçirilən görüş başa çatıb, danışıqlar martın 22-də davam etdiriləcək.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib.
O bildirib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ-dadır və ilk görüş baş tutub. ABŞ tərəfini Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edir.
“Komandalar dialoqu davam etdirəcəklər”, – Zelenski qeyd edib.
