İran yeni raket hücumuna başladı: 200-dən çox ölü və yaralı
Dərc olunub:
Bu gün, 12:25
İran bu gün səhər “Gerçək vəd 4” əməliyyatının 73-cü dalğasını həyata keçirib.
Bu barədə SEPAH məlumat yayıb.
Məlumata görə, İsrail ərazisinə, eləcə də bölgədəki Amerika bazalarına yeni raket hücumları dalğası nəticəsində 200-dən çox insan ölüb və yaralanıb.
"İmam Əli (ə)" kod adlı yeni əməliyyatda İsrailin cənub və şimalı və ətraf əraziləri vurulub. İsrailin cənubundakı Arad, Dimona, Eylat, Beer Şeva və Kiryat Qatdakı hərbi obyektlər və təhlükəsizlik mərkəzləri “Fəth”, “Qədr” və “İmad” raketləri və zərbə dronları ilə dəqiq şəkildə vurulub”, - məlumatda qeyd olunub.
