"Bu müharibə regionumuz üçün tarixi dönüş nöqtəsidir"

Vasif Əfəndi
Politoloq


Rusiya Federasiyası tərəfindən qəbul olunan “xarici ölkələrə hərbi müdaxilənin qanuniləşdirən” qanun beynəlxalq münasibətlər baxımından ciddi təhlükədir.

Bu yanaşmaya görə, Rusiya xaricdə cinayət məsuliyyətinə cəlb edilmiş vətəndaşını “xilas” etmək bəhanəsilə digər dövlətlərə hərbi müdaxilə edə bilər. Belə bir mövqe beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə açıq ziddiyyət təşkil edir. Əgər hər hansı ölkə bu cür yanaşmanı qəbul etsə, bu, qlobal təhlükəsizlik sisteminin tamamilə dağılmasına gətirib çıxara bilər. Çünki bu halda istənilən dövlət öz vətəndaşını bəhanə edərək başqa ölkəyə müdaxilə edə bilər. Bu, xüsusilə region dövlətləri üçün ciddi təhdiddir.

Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hadisələr fonunda bu kimi yanaşmalar daha da riskli görünür. Regionda İsrail və Amerika Birləşmiş Ştatlarının İranla münaqişəsi artıq qlobal xarakter alıb. Bu müharibə regionumuz üçün tarixi dönüş nöqtəsidir. Bəzi qüvvələr bu münaqişədə dini təəssübkeşlik və ya humanitar arqumentləri bəhanə edərək tərəf tutmağa çalışırlar. Lakin reallıqda ABŞ və İsrailin hərbi əməliyyatlarının əsas hədəfi İranın strateji və hərbi obyektlərdir.

Bu reallıq fonunda Azərbaycan üçün təhlükəsizlik məsələsi daha da aktuallaşır. Ölkənin şimalında Rusiya, cənubunda isə İran kimi təcavüzkar siyasət yürüdən dövlətlərin yerləşməsi geosiyasi riski artırır. Azərbaycan iki təzyiq mərkəzi arasında qalaraq gələcəkdə müstəqilliyi ilə bağlı ciddi təhlükələrlə üzləşə bilər. Buna görə də cənub sərhədlərində sabit, proqnozlaşdırılan və etibarlı siyasi sistemin mövcudluğu bizim üçün həyatı əhəmiyyət daşıyır.
Məhz bu baxımdan İranın mövcud teokratik idarəetmə modelinin dəyişməsi zəruridir.

Regionda sabitliyin təmin olunması üçün İran ya ciddi şəkildə zəifləməli, ya da demokratik dövlət quruluşuna keçməlidir. Əks halda, bu ölkənin qeyri-sabit və ideoloji siyasəti Azərbaycan üçün daimi risk mənbəyi olaraq qalacaq. Rusiyanın Ukraynada nümayiş etdirdiyi aqressiya açıq dərsdir,Belə dövlətlər üçün kiçik və orta dövlətlər gec-tez hədəfə çevrilir.

Azərbaycan üçün isə bu proseslər xüsusi həssaslıq daşıyır. Regionda baş verən hər bir dəyişiklik ölkənin təhlükəsizliyinə və gələcəyinə birbaşa təsir edir. Bu baxımdan İranın mövcud siyasi sistemi və regional siyasəti ciddi narahatlıq doğrur. Bu kontekstdə İranın zəifləməsi və ya siyasi dəyişikliyi regionda yeni balans yarada bilər

Azərbaycanın təhlükəsizliyi üçün cənubda qarantiyalı, sabit və müasir idarəetmə modelinə malik dövlətin formalaşması vacibdir. İranın bu istiqamətdə dəyişməsi artıq seçim deyil, regional təhlükəsizlik baxımından zərurətdir. Bu dəyişiklik baş vermədiyi təqdirdə, bölgədə risklər artacaq və Azərbaycan iki güc arasında sıxışmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Belə bir vəziyyətdə cənub sərhədlərimizdə yeni geosiyasi reallıqlar da yarana bilər. İran parçalana bilər .Bu zaman türk kimliyinə əsaslanan yeni bir dövlətin formalaşması mümkün variant kimi qiymətləndirilməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər