"ABŞ əsgərləri İranda parça-parça olacaq"
Dərc olunub:
Dünən, 11:11
İranda quru əməliyyat öncədən uğursuzluğa məhkumdur, ABŞ uğursuz olacaq, çünki İran coğrafiyası müdafiəyə üstünlük verir.
Bunu ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan kapitanı Metyu Ho deyib.
"Əgər biz quru qoşunlarını (İrana) göndərməyə çalışsaq, sayından asılı olmayaraq onlar parça-parça olacaq. İndi münaqişədə təşəbbüs Tehranın tərəfindədir və Vaşinqton əməliyyatı davam etdirməklə öz mövqeyini daha da pisləşdirir",- o bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ ordusunun yaxın zamanda İranda quru əməliyyatına başlayacağı yönündə fikirlər səsləndirilməkdədir.
