Netanyahu: İran Trampı öldürmək istəyir
Dərc olunub:
31-03-2026, 12:38
İran ABŞ Prezidenti Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Nyusmaks”a verdiyi müsahibədə deyib.
“Müharibədən əvvəl baş verənləri xatırlayırsınızsa, İran Yaxın Şərqdə və dünyada əsas xuliqan idi. O, Qərb yarımkürəsi də daxil olmaqla bir çox qitədə, o cümlədən Venesuelada və digər ölkələrdə dövlət terrorizminin əsas sponsoru idi”, - o bildirib.
Netanyahu İranın ABŞ səfirliklərini bombaladığına da diqqət çəkib:
“İran iki dəfə Prezident Donald Trampa sui-qəsd cəhdi edib və bunu hələ də etmək istəyir”.
