Bəqai: Vasitəçilərin təklifləri sərt və məntiqsizdir
Dərc olunub:
Bu gün, 10:49
Tehran vasitəçilərdən münaqişəyə son qoymaq üçün təkliflər alsa da, bu təkliflər həddindən artıq sərt və məntiqsiz tələblər ehtiva edir.
Bunu İranın XİN rəsmisi İsmayıl Bəqai deyib.
“Vasitəçilərdən aldığımız təkliflərdə həddindən artıq sərt və məntiqsiz tələblər var. Buna görə də iranlılar onlara xüsusi ehtiyatla yanaşırlar”, - o bildirib.
Bəqai onu da qeyd edib ki, hazırda İran və ABŞ arasında heç bir birbaşa danışıqlar aparılmır.
