Daha bir azərbaycanlı Ukraynada həlak oldu
Dərc olunub:
Dünən, 11:02
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz Rəşad Fəzail oğlu Məmmədov həlak olub.
Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Diasporu məlumat yayıb.
Bildirilib ki, həmyerlimiz martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə həyatını itirib.
Qeyd edək ki, R.Məmmədov müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində olub, dəfələrlə yaralanmasına baxmayaraq yenə döyüşlərə qayıdıb.
