Karateçi Zeynal

Karateçi Zeynal Bəzən insanın böyüklüyü onun vəzifəsində deyil, ürəyinin genişliyində, davranışının sadəliyində gizlənir. Zeynal Zeynalov məhz belə insanlardandır.
Federasiyasının baş katibi kimi illər ərzində ölkəmizin müxtəlif bölgələrində istedadlı, zəhmətkeş və öz işinə bağlı insan olmuşdu.

Şabran torpağı hər zaman sağlam ruhlu, iradəli gənclər yetişdirib. Bu ənənənin davamında Zeynal müəllimin rolu danılmazdır. O, illər boyu gənclərin fiziki və mənəvi inkişafına töhfə verən, onları düzgün yola istiqamətləndirən bir rəhbər, bir müəllim, bir yolgöstərəndir.

Xüsusilə qeyd etmək lazımdır ki, onun gənclik illərində böyük həvəslə məşğul olduğu kyokushinkay karate bu gün artıq geniş inkişaf mərhələsinə çatıb.
Mənim üçün Zeynal Zeynalovla tanışlığ unudulmaz xatirələrdən biridir. 1983-cü ildə rayon İdman Gənclər idarəsinin təşkil etdiyi idman düşərgəsində yollarımız kəsişdi. O zaman mən yeniyetmə idim, o isə gənc bir oğlan… Hamı onu bir adla tanıyırdı — “Karateçi Zeynal”.

O dövr asan deyildi. Sovetlər zamanı karate kimi döyüş sənətlərinə qadağalar qoyulmuşdu. Amma həqiqi həvəsin, daxili gücün qarşısını heç bir qadağa ala bilməzdi. Dəvəçi şəhərində — indiki Şabranda — bu idman növü gizli şəkildə yaşadılırdı. Gizli məşqlərin, səssiz amma inamlı addımların arxasında isə məhz Zeynal kimi iradəli gənclər dayanırdı.

O vaxtdan hiss olunurdu ki, bu insan sadəcə idmanla məşğul olan biri deyil. Onun baxışlarında məqsəd, davranışında mətinlik, hərəkətlərində isə intizam vardı. Karate onun üçün təkcə fiziki güc deyil, həm də mənəvi məktəb idi. Bəlkə də elə buna görə “Karateçi Zeynal” adı sadəcə ləqəb deyildi — bu, onun xarakterinin, həyat tərzinin ifadəsi idi.

İllər keçdi, zaman dəyişdi, qadağalar tarixə qovuşdu. Amma o dövrün çətinliklərindən keçən insanlar daha da möhkəmləndi. Zeynal müəllim gənclik illərinin ruhunu qoruyaraq bu günə gəlib çatdı.Bu gün o, Şabran şəhər şahmat məktəbinin direktoru kimi fəaliyyət göstərir və yenə də gənclərə yol göstərir — bu dəfə şahmatın səssiz, dərin və müdrik dili ilə.

Onun həyat yolu bir daha sübut edir ki, əsl insan zamanın sınaqlarından keçərək formalaşır. Gizli məşqlərdən başlayan yol bu gün açıq uğurlara çevrilib. Sadəlik, təvazökarlıq və insanlıq isə onun dəyişməz xüsusiyyətləri olaraq qalır.

Zeynal müəllim, sizi tanıdığım üçün fəxr edirəm. O ,düşərgədən başlayan tanışlıq bu gün dərin hörmətə çevrilib.

Ad gününüz mübarək! Sizə sağlamlıq, uzun ömür və daim güclü ruh arzulayıram. Həyat yolunuz hər zaman işıqlı və uğurlu olsun, KARATEÇİ ZEYNAL!

Ceyhun Şüküroğlu


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər