7 milyon iranlı silahlanıb - Qalibaf
Dərc olunub:
Dünən, 18:27
Bir həftədən az müddətdə ölkəni bürüyən güclü milli kampaniya nəticəsində 7 milyon iranlı silahlanıb və millətimizin müdafiəsinə qalxmağa hazır olduqlarını bəyan ediblər.
Bu sözləri İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf yazıb.
“Sizə birbaşa ürəyimdən gələn bir şeyi deyim: iranlılar sadəcə ölkələrini müdafiə etməkdən danışmırlar, biz bunun üçün qan tökürük. Bunu əvvəllər də etmişik və yenidən etməyə hazırıq”, - Qalibaf qeyd edib.
